AZ

“Slovakiya Azərbaycanla qaz tədarükü üzrə azı 10 illik müqavilə bağlamaq istəyir” − Tomaş Taraba

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Biz Azərbaycanla azı 10 illik uzunmüddətli müqavilənin bağlanmasını müzakirə edirik”.

Yeniavaz.com xəbər verir ki, bunu Slovakiyanın Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba “Report”a verdiyi müsahibədə deyib.

Taraba qeyd edib ki, Slovakiya enerji tədarükünü şaxələndirmək istəyir:

“Azərbaycan isə bizim üçün etibarlı tərəfdaşdır. Yeganə məsələ enerji resurslarının Mərkəzi Avropaya necə çatdırılmasıdır. Yəni söhbət sizin enerji resurslarınızı almaq istəyib-istəməməyimizdən deyil, onları Mərkəzi Avropaya necə çatdıracağımızdan gedir.

Hazırda biz hansı boru kəmərlərindən və hansı həcmdə istifadə oluna biləcəyini müzakirə edirik. Bununla yanaşı, tədarük böhranı zamanı, məsələn, bir neçə ay əvvəl Ukraynadan olan böhran vaxtı ölkəmizə tədarükün təmin edilməsində fəal rol oynadığı üçün Azərbaycana minnətdarıq”.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
2
yeniavaz.com

3Mənbələr