AZ

MİT-dən son dərəcə uğurlu əməliyyat - xarici kəşfiyyat şəbəkəsi çökdürüldü

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) iki xarici xüsusi xidmət orqanı üçün fəaliyyət göstərdiyi bildirilən beynəlxalq casus şəbəkəsini ifşa edib.

Musavat.com xəbər verir ki, 9 nəfərlik şəbəkəyə qarşı Türkiyənin dörd vilayətində eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat nəticəsində şəbəkənin rəhbəri olduğu qeyd edilən B.E. daxil olmaqla 7 nəfər saxlanılıb.

Digər iki şübhəlinin isə əməliyyat zamanı başqa cinayət işləri üzrə artıq həbsdə olduğu bildirilib.

Məlumata görə, şəbəkə Türkiyənin dövlət qulluqçuları, qeyri-hökumət təşkilatları və müxtəlif etnik qruplarla bağlı məxfi məlumatlar toplayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

Seçilən
5
7
musavat.com

8Mənbələr