AZ

Şahmatçılarımız səfərdən "əli dolu" qayıdıb: 2 qızıl, 1 bürünc...

Azərbaycanın şahmatçıları Qazaxıstanın Astana şəhərində keçirilən türkdilli ölkələr arasında çempionatı 2 qızıl, 1 bürünc medalla tamamlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından  məlumat verilib. Xəbərə görə, yarış üç kateqoriyada - kişilər, qadınlar və 16 yaşa qədər komandalar arasında təşkil olunub. Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovadan ibarət qadınlardan ibarət milli altı görüşdə dörd qələbə qazanıb, iki heç-heçəyə nail olub.

Yekunda 10 xal toplayan İlahə Qədimovanın kapitanı olduğu yığma yarışı birinci pillədə başa vurub. Təşkilatçı ölkə Qazaxıstan ikinci, Özbəkistan isə üçüncü yeri tutub. Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə və Lalə Hüseynovadan ibarət U-16 komandası altı turda beş qələbə qazanıb. Ümumilikdə, 10 xal toplayan Fərid Abbasovun kapitanı olduğu Azərbaycanın U-16 komandası qızıl medal əldə edib. Gümüş və bürünc medallar Qazaxıstanın birinci və ikinci komandasına qismət olub. Kişi şahmatçılardan ibarət Azərbaycan komandası turniri bürünc medalla başa vurub. Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimlinin çıxış etdiyi komanda altı turda üç qələbə əldə edib. 7 xal toplayan kişi şahmatçılardan ibarət Azərbaycan kollektivi üçüncü yerdə qərarlaşıb. Beləliklə, Azərbaycan şahmatçıları türkdilli ölkələrin şahmat çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurub.

Seçilən
13
7
bakivaxti.az

10Mənbələr