AZ

Çin cari əməliyyatlar profisitini birinci rübdə artırıb

ain.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin cari əməliyyatlar profisitini birinci rübdə artırıb.

Banco.az xəbər verir ki, Çində cari əməliyyatlar balansının bu ilin birinci rübündə 184,1 milyard dollar həcmində profisit verdiyi açıqlanıb.

Çin Dövlət Valyuta Mübadiləsi İdarəsi (SAFE) 2026-cı ilin yanvar-mart dövrünə aid ilkin cari əməliyyatlar hesabını yayımlayıb.

Məlumata görə, ölkənin mal ticarəti, xidmətlər, investisiyalar və cari transfertlər üzrə gəlir-xərc balansının ümumi göstəricisini əks etdirən cari balans ilk rübdə 184,1 milyard dollar müsbət saldo ilə yekunlaşıb.

Bu dövrdə mal ticarətində 247,4 milyard dollar profisit, xidmət ticarətində 59,6 milyard dollar kəsir, investisiyalar üzrə 7,5 milyard dollar kəsir, cari transfertlərdə isə 3,9 milyard dollar profisit qeydə alınıb.

Çin 2025-ci ildə 735 milyard dollar həcmində cari profisit əldə etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
banco.az

2Mənbələr