AZ

Zərbələrdən güc alan lider: Si Cinpinin haqqında bilinməyən detallar

1953-cü ildə dünyaya gələn Si Cinpin “mədəni inqilab” adlanan dağıdıcı prosesin ağrılı təsirinə məruz qalan ailədə doğulmuşdu. Həmin dövrdə eyni zamanda həm ideologiyaya uyğun düşünməyi, həm də praqmatik yaşamağı bacarmaq vacib idi.

Cinpin uşaq ikən bacılarından biri intihar etmiş, atası sürgünə göndərilmişdi. Bu hadisələr ona radikal ideologiyaların və sosial sarsıntıların nə qədər ağrılı olduğunu başa salmaqla yanaşı, balaca Cinpinin Kommunist Partiyasına bağlılığını artırmışdı. Gənclik illərində onun əsas əqidəsi partiyaya sadiqlik idi. Gələcək lider “Mənalı ömür -partiyaya həsr edilən ömürdür” deməyi çox sevirmiş.

Fransa kəşfiyyatına yaxınlığı ilə seçilən “İntellegence Online” yazır ki, Si Cinpinin şəxsiyyət və siyasətçi kimi formalaşmasına atası Çjunsunun ciddi təsiri olub. Çjunsun yüksək mənsəbli islahatçı məmurlardan idi. Partiyaya sadiqliklə yanaşı, siyasi sistemi modernizasiya etmək arzusu onunla Mao Tszedun və Den Syaopin kimi liderlərin arasında ziddiyyətlərin yaranmasına səbəb olmuşdu.


Məhz atasının sonrakı acı aqibəti Cinpinin formalaşmasında həlledici rol oynamışdı. Çin lideri ilə ailə üzvlərinin arasında mövcud olan nifaqın kökləri də o vaxtlara gedib çıxır. Cinpin bu gün də bəzi qohumları, xüsuilə adı media və maliyyə qalmaqallarında hallanan bacısı ilə arasında məsafə saxlayır.

SSRİ-nin necə dağıldığını görməsi isə Si Cinpində möhkəm ideologiyanın və partiyaya kollektiv sədaqətin hər şeydən vacib olması fikrini formalaşdırmışdı. Çin lideri ideoloji möhkəmliyi praqmatizmlə çuğlaşdırmağın və bu məqsədlə texnologiyanın yaratdığı nəzarət imkanlarından faydalanmağın tərəfdarıdır.

Kommunist Partiyasında əsas məqsədləri iqtisadi sabitlik, məşğulluğun artması və innovasiyaların tətbiqi olan texnokratik fraksiyanın güclənməsi məhz onun xidmətidir. Bu meyillər hakimiyyətin daxilindəki dinamikanı əks etdirir: mühafizəkarla texnokratların arasında qarşıdurma olsa da, balansın qorunması mümkün olur. Bu həssas tarazlığın hələ ki yaxşı nəticələr verdiyi göz qabağındadır.

Vüsal Məmmədov
AzVision.az
Seçilən
22
2
azvision.az

3Mənbələr