AZ

Bahar Muradova: Azad edilmiş ərazilərdə müasir şəhərsalma prinsipləri tətbiq edilir

Azad edilmiş ərazilərin genişmiqyaslı bərpası və yenidən qurulması prosesində müasir şəhərsalma prinsipləri və ağıllı həllər tətbiq olunur.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin genişmiqyaslı bərpası və yenidən qurulması prosesində müasir şəhərsalma prinsipləri və ağıllı həllər tətbiq edilir.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Qadınların Assambleyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

B.Muradova qeyd edib ki, sözügedən ərazilərdə yaşıl inkişaf, rəqəmsal innovasiya, sosial inteqrasiya və təhlükəsiz yaşayış şəraiti qarşılıqlı əlaqəli şəkildə həyata keçirilir:

“Qadınlar və qızlar üçün bərabər imkanların təmin olunması əsas prioritet kimi müəyyən edilir. Bu yanaşma paytaxt şəhərimizin inkişaf modelində də öz əksini tapır. Uzun illər ərzində münaqişənin nəticələrini yaşamış bir ölkə kimi Azərbaycan post-münaqişə dövründə dayanıqlı bərpa modeli və insan yönümlü şəhər inkişafını təşviq edir. Bakı təhlükəsizlik, əlçatanlıq və dayanıqlı həlləri təşviq edən müasir şəhər modeli kimi çıxış edir. İctimai məkanlara, mobilliyə, yaşıl infrastruktura və sosial xidmətlərə xüsusi diqqət yetirilir. Bakının böyük beynəlxalq platformalara ev sahibliyi etməsi şəhərlərin qlobal dialoq və əməkdaşlıqdakı artan rolunu nümayiş etdirir. Bu yanaşma UN-Habitatən təşviq etdiyi "Şəhərlərin Səsi" konsepsiyasına tam uyğundur".

O eyni zamanda qadınların şəhərsalma ilə bağlı qərarların qəbulunda iştirakınln artırılmalı olduğunu da vurğulayıb:

“Qadınların ehtiyaclarına cavab verən şəhərlər qurmaq daha təhlükəsiz, dayanıqlı və humanist gələcəyin formalaşdırılması deməkdir".

Seçilən
23
1
apa.az

2Mənbələr