AZ

Bir neçə İsrail rəsmisi üçün gizli həbs orderi verilib - KİV

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) bir neçə İsrail rəsmisi üçün gizli həbs orderi verib.

Hakimiyyet.az xəbər verir ki, bu barədə İsrailin "Haaretz " qəzeti diplomatik mənbəyə istinadən məlumat yayıb.

Mənbə nəşrə bildirib ki, orderlər iki siyasətçi və iki hərbi məmura tətbiq edilib. Mənbə onların adlarını açıqlamayıb. Orderlərin nə vaxt verildiyi də məlum deyil. Lakin qəzet qeyd edir ki, Beynəlxalq Cinayət Məhkəməsi prokurorluğu İsrailin maliyyə naziri Bezalel Smotriç və müdafiə naziri İtamar Ben-Qvirə qarşı araşdırma aparır.

2024-cü ilin noyabr ayında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant üçün həbs qərarı çıxarıb. Onlar Qəzza zolağında hərbi əməliyyat zamanı 8 oktyabr 2023-cü il ilə 20 may 2024-cü il tarixləri arasında törədilmiş insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində şübhəli bilinirlər. Xüsusilə, prokurorluğun məlumatına görə, onlar aclıqdan müharibə üsulu kimi istifadə ediblər.

Elvin

Hakimiyyet.az

Seçilən
1
2
hakimiyyet.az

3Mənbələr