AZ

Türkiyə və Azərbaycan ekologiya sahəsində müqavilələr imzalayacaq

Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mayın 18-də Bakıya səfər edəcək.

Bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a açıqlamasında Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut deyib.

O qeyd edib ki, M. Kurum Bakıda həmkarı ilə görüşəcək.

Onun sözlərinə görə, səfər çərçivəsində bəzi müqavilələrin imzalanması gözlənilir.

"Cebheinfo.az" 

Seçilən
1
5
cebheinfo.az

6Mənbələr