AZ

Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı

Bakının ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakı Olimpiya Stadionunda BMT-nin rəsmi bayrağının və Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

Publika.az xəbər verir ki, mərasimdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iştirak ediblər.

Mərasimdə BMT-nin və ev sahibi qismində Azərbaycan Respublikasının Dövlət Bayraqları ucaldılıb.

Seçilən
16
7
publika.az

10Mənbələr