Ardıcıl 4-cü çempionluğunu qazanan ''Qalatasaray'' yeni mövsümlə bağlı indidən planlar cızmağa başlayıb.
Yerli ''bazarda'' rəhbərliyin ilk hədəfi bəlli olub. Türkiyə mətbuatının yazdığına inansaq, ''Cim-Bom'' ''İstanbul BŞ''nin forvardı Bertuğ Yıldırıma göz dikib. Okan Buruk bu forvardı çox bəyənir və yeni mövsüm üçün ilk növbədə rəhbərlikdən bu futbolçunun heyətə cəlb olunmasını tələb edib. İddialara inansaq, məsələni mümkün qədər tez həll etmək istəyən ''sarı-qırmızılar'' başakşəhərlilərlə rəsmi danışıqlara başlayıblar.
Yağız Sabuncuoğlunun məlumatına görə İstanbul nəhəngi qarşı tərəfə pul və Kazımcan Karataşı təklif edib. Kazımcan zatən mövsümün ikinci dövrəsini ''İstanbul BŞ''də icarədə keçirib. Pul və Ahmed Kutucu variantı da var. Bir müddət öncə ''Qalatasaray''ın aparıcı müdafiəçisi Əbdülkərim Bardakcı da verdiyi açıqlamada Bertuğu çox bəyəndiyini və onunla birlikdə forma geymək istədiyini dilə gətirmişdi.
23 yaşlı Yıldırım ''Sarıyer''in yetirməsidi. O, ''Renn'' və ''Xetafe'' kimi Avropa klublarında da oynamağa macal tapıb. ''İstanbul BŞ'' onu ötən yay 2,2 milyon avroya transfer edib və 2029-a qədər müqavilə imzalayıb. 193 sm boya malik hücumçunun transfer dəyəri 4 milyon avro civarındadı.
Bertuğ bu mövsüm 23 rəsmi oyunda aktivinə 7 qol, 3 məhsuldar ötürmə yazıb. Türkiyə yığmasında isə o, 5 oyun keçirərək 2 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta