Mənzil böhranını həll etmək üçün 2030-cu ilə qədər hər gün 96 min ev təhvil verilməlidir.
KONKRET.az xəbər verir ki, bunu “IND” şirkətinin Landşaft Memarlığı departamentinin rəhbəri Karina Garnaga Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Biznes Assambleyasında bildirib.
Onun sözlərinə görə, bu məsələdə sürət olduqca mühüm amildir: “Ancaq, təkcə sürətlə irəliləməməliyik, eyni zamanda ərazi, ekoloji və sosial problemləri gələcəyə saxlamadan (gələcək üçün problem yaratmadan) irəliləməliyik. Tikinti sektorunda ən baha başa gələn səhvlər çox erkən mərhələlərdə – hələ tikinti başlamazdan əvvəl buraxılır”.
Qonaq qeyd edib ki, buradakı ən vacib xətt “sürət keyfiyyətə qarşı” deyil, “tənzimləmə qeyri-müəyyənliyə qarşı” xəttidir: “Bu mürəkkəb tədbirlər hər hansı daha ağır tənzimləmə tələb etmir. Düşünürəm ki, onlar daha erkən tənzimləmə tələb edir. Beləliklə, mavi və yaşıl infrastrukturdan danışırıqsa, bu, torpaq sahələrə bölünməzdən əvvəl edilməlidir”.