"Barselona"nın 37 yaşlı hücumçusu Robert Levandovski cari mövsümün sonunda İspaniya nəhəngindən ayrılacağını bəyan edib.
Fanat.Az xəbər verir ki, polşalı ulduz bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Blauqrana"nın formasını geyindiyi 4 mövsümdə 3 dəfə çempion olduğunu vurğulayan Robert komandadakı missiyasının bitdiyini açıqlayıb və ənənəvi qaydada azarkeşlərə təşəkkürünü çatdırıb.
Levandovski 2022-ci ildən Kataloniya klubunun uğurları üçün çalışır. Təcrübəli ön xətt oyunçusu "Barsa" ilə 7 titul qazanıb. O, 3 dəfə İspaniya çempionu olubsa, 3 dəfə İspaniya Superkubokunu və 1 dəfə İspaniya Kubokunu başı üzərinə qaldırıb. Sözügedən komandanın sıralarında ümumilikdə 191 matça çıxan Robert 119 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul