Xəbər verdiyimiz kimi, Asiya Çempionlar Liqasının ikinci divizionunun final matçında Yaponiyanın "Qamba Osaka" klubu ilə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası üz-üzə gəlib. Ər-Riyadda baş tutan matçda "Qamba Osaka" "Əl-Nəsr" üzərində 1:0 hesablı qələbə qazanaraq çempion olub.
Musavat.com xəbər verir ki, "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo matçdan sonra emosiyalarına hakim ola bilməyib.
Final fitindən sonra Ronaldonun yaşadığı məyusluq diqqətdən qaçmayıb. Portuqaliyalı futbolçu uzun müddət meydanda hərəkətsiz dayanıb, göz yaşlarını saxlamaqda çətinlik çəkib. Kameralara əks olunan həmin anlar matçın ən çox danışılan görüntülərindən birinə çevrilib.

Musavat.com