AZ

Mərakeş rəsmisi: Ölkəmizdə mənzil siyasəti dövlət prioritetlərindən biridir

Yoxsulluq insanların əsas xidmətlərə çıxışını məhdudlaşdırır və mənzil məsələsi sosial sabitliyin əsas elementlərindən biridir.

APA xəbər verir ki, bunu Mərakeş Krallığının Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyinin Mənzil Məsələləri üzrə Dövlət Katibi Ədib Benbrahim WUF13 çərçivəsində keçirilən "Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil təminatı" mövzusunda panel müzakirəsi zamanı deyib.

“Bu gün mənzil xərcləri orta gəlirli vətəndaşların gəlirlərinin böyük hissəsini təşkil edir və nəticədə insanların səhiyyə və təhsil kimi gündəlik ehtiyaclarını qarşılamaq imkanları azalır”, – o vurğulayıb.

Mərakeş rəsmisinin sözlərinə görə, ölkədə mənzil siyasəti dövlət prioritetlərindən biri kimi müəyyənləşdirilib: “Mənzil yoxsulluğun azaldılması üçün əsas vasitələrdən biridir”.

Nazir əlavə edib ki, ölkəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən sosial mənzil proqramı sayəsində 720 min ailə üçün yaşayış vahidi təmin edilib.

Panel zamanı o, həmçinin vurğulayıb ki, sosial inklüzivliyin təmin olunması üçün dövlət siyasətində uzunmüddətli planlaşdırma və innovativ maliyyə mexanizmləri xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, mənzil yalnız yaşayış məsələsi deyil, həm də iqtisadi və sosial inteqrasiyanın əsas şərtlərindən biridir.

Seçilən
31
apa.az

1Mənbələr