BAKI, 17 may. TELEQRAF
Bakının ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakı Olimpiya Stadionunda Azərbaycan və BMT-nin bayraqlarının qaldırılması mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, forumun ilk günündə Azərbaycan və BMT-nin bayraqları qaldırılıb.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) 17–22 may tarixlərində Bakıda keçirilir.