"Bununla yanaşı, iqlim dəyişikliyi və geosiyasi proseslərin şəhərsalma siyasətinə təsiri əsas amillərdən biri olmalıdır".
O bildirib ki, Malayziyada vətəndaşların 77 faizi ev sahibidir:
"Hökumətimiz yeni yaşayış evlərinin tikintisini davam etdirir. Xüsusilə, aztəminatlı ailələrin mənzillə təmin olunması üçün müxtəlif layihələr həyata keçirilir. Yaşlı insanların sosial və iqtisadi rifahının artırılması, ilk dəfə ev alan şəxslər üçün güzəştli kredit mexanizmlərinin tətbiqi kimi təşəbbüslər də gündəmdədir.
Mənzillərdə günəş enerjisindən istifadənin genişləndirilməsi, keyfiyyətli yaşayış məkanlarının və parkların yaradılması istiqamətində işlər aparılır. Bununla yanaşı, iqlim dəyişikliyi və geosiyasi proseslərin şəhərsalma siyasətinə təsiri əsas amillərdən biri olmalıdır".