AZ

“Rusiyaya daha çox əsgər lazımdır” -ı Moldova Prezidenti sirləri açdı

Vladimir Putin separatçı Dnestryanı regionu sakinləri üçün Rusiya vətəndaşlığının alınmasını sadələşdirməklə Ukraynaya qarşı müharibəyə daha çox insan cəlb etməyə çalışır.

Bu fikirləri Moldova prezidenti Maya Sandu Putinin son fərmanını şərh edərkən səsləndirib.

“Görünür, Rusiyaya Ukraynadakı müharibə üçün daha çox insan lazımdır”, – deyə Sandu bildirib.

Moldova Prezidenti hesab edir ki, Kremlin bu addımı eyni zamanda Kişinyova mesaj xarakteri daşıyır və ölkənin Dnestryanı regionu reinteqrasiya etmək planlarına təzyiq vasitəsi kimi nəzərdə tutulub.

“Ukraynada müharibə başlayandan sonra bölgə sakinlərinin əksəriyyəti Moldova vətəndaşlığını qəbul edib. Çünki onlar Rusiya deyil, məhz Moldova vətəndaşlığı ilə özlərini daha təhlükəsiz hiss edirlər”, – deyə Sandu vurğulayıb.

Jurnalistlərin Putinin Dnestryanı məsələsindən istifadə edərək Moldovanın Avropa İttifaqı üzvlüyünə mane olub-olmayacağı ilə bağlı sualına isə Prezident belə cavab verib:

“Yalnız Avropa İttifaqı qərar verə bilər ki, Moldova onun bir hissəsi olacaq, ya yox. Rusiyanın bununla heç bir əlaqəsi yoxdur.”

Seçilən
2
2
news365.az

3Mənbələr