ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Uzun illər ərzində münaqişənin nəticələrini yaşamış ölkə olaraq Azərbaycan postmünaqişə dövründə davamlı yenidənqurma modeli və insan yönümlü şəhər inkişafını təşviq etməkdədir. Azad edilmiş ərazilərimizin genişmiqyaslı bərpa və yenidənqurma işlərində biz müasir şəhərsalma prinsiplərini tətbiq edirik.”Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Qadınlar assambleyası: Gender baxımından transformativ strategiyaların birgə yaradılması” adlı panel müzakirəsində deyib.
Komitə sədri bildirib ki, yaşıl inkişaf, rəqəmsal innovasiya, sosial inteqrasiya və təhlükəsiz yaşayış şəraiti qadınlar və qızlar üçün bərabər imkanlar əsas prioritet olmaqla uzlaşdırılmış şəkildə həyata keçirilir.
“Bu baxış paytaxtımızın inkişaf modelində öz əksini tapmaqdadır”, – deyə Bahar Muradova vurğulayıb.Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.