AZ

Səfir: Bolqarıstanda mənzil fondunun yenilənməsi prioritet vəzifədir

Bolqarıstanda enerji yoxsulluğunun azaldılması və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş genişmiqyaslı enerji səmərəliliyi proqramlarının həyata keçirilməsi yolu ilə mənzil fondunun yenilənməsi prioritet vəzifədir.

Publika.az xəbər verir ki, bu barədə Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasında çıxışı zamanı bildirib.

O, milli enerji səmərəliliyi proqramı çərçivəsində təxminən 2000 çoxmənzilli yaşayış binasının artıq modernləşdirildiyini və 130 mindən çox mənzildə yaşayış şəraitinin yaxşılaşdırıldığını qeyd edib. Hazırda Milli Bərpa və Davamlılıq Planı çərçivəsində işlər davam edir.

Səfir vurğulayıb ki, bu təcrübə mənzil sektoruna investisiyaların şəhər transformasiyasının və sosial dayanıqlılığın əsas hərəkətverici qüvvəsi olduğunu inandırıcı şəkildə nümayiş etdirir.

Eyni zamanda, diplomat qeyd edib ki, Bolqarıstan əhalinin həddindən artıq sıxlığı, enerji yoxsulluğu və həssas qruplar üçün mənzil imkanlarının məhdudluğu problemləri ilə üzləşməyə davam edir.

Seçilən
15
6
publika.az

7Mənbələr