AZ

Hər ay İraqa uçan gizli təyyarənin içində nələr var? – Sirr açılır

“Hər ay ABŞ-dan İraqa içində bir milyard dollar nağd pul olan təyyarələr uçur”.

Globalinfo.az xəbər verir ki, bu barədə GZT-nin hazırladığı materialda iddia irəli sürülüb.

Bildirilib ki, dünyanın ən böyük neft istehsalçılarından biri olan İraq neft satışından qazandığı gəlirə tam sərbəst şəkildə nəzarət edə bilmir:

“İraq neftindən əldə olunan gəlirlər əvvəlcə Nyu-Yorkdakı ABŞ Federal Ehtiyat Bankında açılmış hesaba köçürülür. Yəni neft İraqdan çıxsa da, pul axınının əsas nəzarət mexanizmi ABŞ-da yerləşir.

Bu sistem 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsindən sonra qurulub. Həmin dövrdə yaradılan “İraq İnkişaf Fondu” (Development Fund for Iraq) BMT və ABŞ Prezidenti Corc Buş administrasiyasının qərarları ilə fəaliyyət göstərməyə başlayıb. Fondun hesabı Nyu-York Federal Ehtiyat Bankında açılıb”.

İddialara görə, İraq hökuməti müəllimlərin, hərbçilərin və dövlət qulluqçularının maaşlarını ödəmək üçün belə, bu vəsaitlərə çıxışda ABŞ maliyyə sistemindən asılı vəziyyətdə qalır:

“2020-ci ildə İraq parlamenti ABŞ hərbçilərinin ölkədən çıxarılmasını tələb etdikdən sonra Vaşinqtonun Bağdada maliyyə təzyiqi göstərdiyi barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, ABŞ İraqın dollar axınına məhdudiyyət tətbiq edə biləcəyini mesaj kimi çatdırıb.

Hazırda da İraqın milyardlarla dollarlıq valyuta ehtiyatının bir hissəsinin ABŞ maliyyə sistemində saxlanıldığı qeyd olunur. Bunun tərəfdarları bu mexanizmin İraq iqtisadiyyatını qoruduğunu desələr də, tənqidçilər ölkənin maliyyə suverenliyinin məhdudlaşdırıldığını düşünür.

Qısası, neft İraqdadır, amma onun gəlirlərinin əsas maliyyə nəzarət mexanizmi uzun illərdir ABŞ-la bağlı sistem üzərindən işləyir”.

Seçilən
27
2
editor.az

3Mənbələr