AZ

Ramil İsgəndərli: Azərbaycan qlobal urbanizasiya və davamlı inkişaf proseslərində fəal iştirak edir

Azərbaycan qlobal urbanizasiya və davamlı inkişaf proseslərində fəal iştirak edir.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13cü sessiyası (WUF13) çərçivəsində Vətəndaş təşəbbüsləri və vətəndaş cəmiyyəti təşkilatlarının assambleyasının açılış sessiyasında Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli deyib.

O qeyd edib ki, Milli QHT Forumu ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarını birləşdirən çətir qurum kimi davamlı inkişaf, iqlim fəaliyyəti, sosial inklüzivlik, şəhər inkişafı və gənclərin iştirakı istiqamətlərində çalışan QHT-ləri bir araya gətirir:

“Azərbaycanda vətəndaşların dövlət siyasətində iştirak mexanizmləri “İctimai iştirakçılıq haqqında” qanunla tənzimlənir.

Qanunvericiliyə əsasən şəhərsalma proseslərində maraqlı tərəflər və yerli icmalar məlumatlandırılmalı, eyni zamanda onlarla məsləhətləşmələr aparılmalıdır”.

R.İsgəndərli son illərdə Azərbaycanda iştirakçı şəhərsalma yanaşmalarının əhəmiyyətinin artdığı da qeyd edib:

“Bakı, Gəncə, Ağdam və işğaldan azad edilmiş digər ərazilərin baş planlarının hazırlanması və müzakirəsi zamanı beynəlxalq ekspertlərin iştirakı ilə yerli icmaların prosesə cəlb olunması və ictimai rəyin öyrənilməsi istiqamətində addımlar atılıb”.

Seçilən
46
2
apa.az

3Mənbələr