“Azərbaycan WUF13-ü yüksək səviyyədə təşkil edib”.
Sözügedən müraciəti İranın yol və şəhərsalma nazirinin şəhərsalma və memarlıq üzrə müavini Qolamreza Kazemian oxuyub.
İran WUF13-ü yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.
Müraciətdə qeyd olunub ki, İranda müharibə nəticəsində kritik infrastruktura, əsas olaraq isə körpülərə, yollara zərər dəyib, çox sayda insan evsiz qalıb.
O qeyd edib ki, bugün İran iqtisadi inkişafa əngəl olan böyük itkilərlə üz-üzədir:
“Hazırda həmin ərazilərin bərpası istiqamətində çalışırıq”.