Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Ölkə.az" Musavat.com-a istinadla xəbər verir ki, yük avtomobili idarəetmədən çıxaraq diametri 530 mm olan “Azadkənd–İmişli” magistral qaz kəmərinin 38-ci kilometr hissəsinin üzərinə aşıb. Hadisə nəticəsində 7 nəfər qəza yerində həyatını itirib.
Qaz kəməri deformasiyaya uğrasa da, ilkin ehtimala görə, qaz kəmərində sızma qeydə alınmayıb.
Faktla bağlı araşdırma aparılır.