AZ

Normanı dəfələrlə üstələyən yağıntının fəsadları aradan qaldırılır - FOTO

Bakı şəhərində müşahidə olunan intensiv yağışlar səbəbindən yaranmış nəticələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətindən Redaktor.az-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın RİH başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.

Qeyd edilib ki, yağış nəticəsində bəzi ərazilərdə normanı dəfələrlə üstələyən yağıntının kollektorlar tərəfindən kənarlaşdırılması gecikmələr müşahidə edilir. 

Nəticədə, bəzi ərazilərdə su yığılması halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir.

Aidiyyatı qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

222
Seçilən
17
20
redaktor.az

10Mənbələr