AZ

İranlı nazir: "Azərbaycan WUF13-ü yüksək səviyyədə təşkil edib"

Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) yüksək səviyyədə təşkil edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıda WUF13 çərçivəsində keçirilən nazirlərin dəyirmi masasının iştirakçılarına müraciətində bildirib.

Müraciəti nazirin şəhərsalma və memarlıq üzrə müavini Qulamreza Kazemian oxuyub.

"WUF13-ü yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığımı bildirmək istəyirəm. Biz davamlı şəhərsalmanın inkişafında bu istiqamətlər üzrə mühüm irəliləyişlər əldə etmişik. Birincisi, şəhər infrastrukturunun genişləndirilməsi və çoxölçülü məhrumiyyətlərin azaldılması, ikincisi, az təmin olunmuş məhəllələrdə icmanın fəal iştirakına əsaslanan şəhər yenidənqurma proqramları, üçüncü, iqlim dəyişikliyinə cavab olaraq risklərin idarə edilməsi və dözümlülük mexanizmlərinin gücləndirilməsi, dördüncüsü beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində bərpa olunan enerji və ağıllı şəhər təşəbbüslərinin irəlilədilməsi" - iranlı nazirin müraciətində vurğulanıb.

Qeyd edilib ki, bu gün İranda müharibədən zərər çəkmiş ərazilərin yenidən qurulması ən başlıca prioritetdir.

Seçilən
1
3
far.az

4Mənbələr