Bakı, 17 may, AZƏRTAC
Bakıda əldə olunan nailiyyətlərə, həll edilən çətinliklərə baxsanız, burada bir model görülə bilər. Bu, yalnız Bakıda olanı təkrarlamaq demək deyil, həm də şəhərin indiki vəziyyətinə kömək edən prinsipləri öyrənməkdir.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, Ruanda Respublikasının dövlət naziri və infrastruktur naziri Jean de Dieu Uwihanganye deyib.
O qeyd edib ki, Ruanda və Azərbaycan çox yaxşı münasibətlərə malikdir. “Hər iki ölkənin dövlət başçıları bir neçə dəfə görüşüblər. Biz xüsusilə şəhərsalma sahəsində ortaq anlayışa sahibik. Kigali Afrikanın ən yaxşı, ən təmiz və təhlükəsiz şəhərlərindən biridir. Onun modeli bütün Afrika üzrə urbanizasiya mükəmməlliyinə əsaslanır.
Biz Azərbaycan ilə hələ də eyni məqsədi bölüşürük. Buraya urbanizasiya mükəmməlliyini təmin etmək və şəhərsalmanı inkişafın əsas sütunu kimi qəbul etmək daxildir”, - deyə nazir vurğulayıb.