AZ

Mənzil problemi sosial bərabərlik, irqi ayrı-seçliklə mübarizə və gender bərabərliyi qədər önəmli məsələdir - Braziliya səfiri

Azərbaycan hökumətinə və xalqına göstərdikləri böyük qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Bu, artıq Azərbaycanin ev sahibliyi etdiyi ikinci böyük və önəmli tədbirdir.

Trend xəbər verir ki, bunu Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Monteneqro Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, mənzil məsələsi dayanıqlı və davamlı inkişafın da əsasını təşkil edir:

"Braziliya hələ də aşağı gəlirli əhali qruplarına, xüsusilə də qadınların rəhbərlik etdiyi ailələrə qeyri-mütənasib şəkildə təsir edən bir çox problemlərlə üzləşir. Bu, bizə xatırladır ki, mənzil problemi sosial bərabərlik, irqi ayrı-seçliklə mübarizə və gender bərabərliyi qədər önəmli məsələdir. Braziliyada əhalinin 27 faizi şəhərlərdə yaşayır. Son illər ərzində Braziliya həm də şəhər nazirlikləri üçün əsas əhəmiyyət daşıyan sosial iştirak mexanizmlərini bərpa etmişdir. Bu çərçivədə dövlət idarəçiliyi gücləndirilmiş, insanların siyasətlərin hazırlanması, icrası və qiymətləndirilməsində iştirakı artırılıb. Şəhər transformasiyası əməkdaşlıq olmadan davamlı ola bilməz, buna görə də koordinasiyanın gücləndirilməsi olduqca vacibdir", o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
43
1
olaylar.az

2Mənbələr