AZ

Pakistanlı nazir: Azərbaycan qlobal şəhərsalma həllərində liderlik nümayiş etdirir

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Pakistan üçün ən strateji ölkələrdən biridir.

Bu barədə Pakistanın iqlim dəyişikliyi naziri Musadik Malik Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində AZƏRTAC-a məxsusi açıqlamasında bildirib.

Nazir Azərbaycanın qlobal dayanıqlı inkişaf gündəliyində mühüm rol oynadığını diqqətə çatdırıb: “Azərbaycan COP-da liderlik nümayiş etdirdi. Bu gün də ölkə mənzil və şəhərsalma həlləri sahəsində qlobal liderlik rolunu oynayır”.

Musadik Malik əlavə edib ki, iqlim dəyişiklikləri ilə mənzil məsələləri arasında mühüm əlaqə mövcuddur və Azərbaycan bu əlaqəni beynəlxalq səviyyədə ön plana çıxarmağı bacarır. “Bu cür forumlar yeni həllər, texnologiyalar, maliyyə mənbələri və özəl sektorun qlobal mənzil həllərində iştirakının genişləndirilməsi baxımından çox vacibdir”, – deyə o vurğulayıb.

 

Seçilən
31
5
azertag.az

6Mənbələr