Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən hazırda yağan intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Poliqon xəbər bu barədə FHN məlumat yayıb.
Məlumata görə, FHN-in qüvvələri tərəfindən Bakı şəhərinin müxtəlif istiqamətlərində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.
Poliqon.info