AZ

Toyda gəlinin uşağa kobud reaksiyası MÜZAKİRƏ YARATDI VİDEO

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Toy mərasimində qeydə alınan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, yayılan videoda gəlinin rəqs meydançasına yaxınlaşan uşağa qarşı sərt reaksiyası diqqət çəkib. Kadrlarda onun uşağı əli ilə kənarlaşdırdığı anlar əks olunub.

Görüntülər qısa zamanda sosial mediada yayılaraq istifadəçilər arasında fərqli fikirlər yaradıb. Bəzi şəxslər gəlinin davranışını kobud hesab etsə də, digərləri həmin anın gərginlik və həyəcanla bağlı ola biləcəyini qeyd ediblər.

Sosial şəbəkə istifadəçiləri videoya çoxsaylı şərhlər yazaraq mövzu ətrafında müzakirələr aparıblar.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
2
news.milli.az

3Mənbələr