AZ

Çexiyalı nazir: Mənzil təminatı sosial həmrəyliyin və iqtisadi imkanların əsas elementidir

Çexiya Yeni Şəhərsalma Proqramının icrasına sadiq qalaraq dayanıqlı, inklüziv və davamlı şəhərlərin formalaşdırılmasını əsas prioritetlərdən biri hesab edir.

Publika.az xəbər verir ki, bu fikirləri Çexiyanın regional inkişaf naziri Suzana Mrazova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Milli Nazirlik Bəyanatları - Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində dəyirmi masa”da çıxışı zamanı səsləndirib.

Nazir bildirib ki, Çexiya Yeni Şəhərsalma Proqramının qəbulundan sonra onun icrası istiqamətində ardıcıl fəaliyyət göstərir və sənədi dayanıqlı şəhər inkişafı üzrə əsas qlobal çərçivə kimi qiymətləndirir. Onun sözlərinə görə, ölkədə urbanizasiya siyasəti sosial və institusional inkişafın gücləndirilməsinə, əsas xidmətlərə çıxışın yaxşılaşdırılmasına və mənzil əlçatanlığının artırılmasına yönəlib.

Seçilən
21
4
publika.az

5Mənbələr