Gürcüstanın Baş naziri İrakli Kobaxidze mayın 18-də Azərbaycana səfər edəcək.
Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, Baş nazir Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edəcək.
İrakli Kobaxidzenin forumda çıxışı da nəzərdə tutulub.