ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 may, AZƏRTAC
Qambiyanın Qərb sahili regionunun qubernatoru Ousman Bojanq Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində AZƏRTAC-a məxsusi müsahibəsində tədbirin ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platforma olduğunu bildirib.
O qeyd edib ki, tədbir müxtəlif ölkələrin bir-birindən öyrənməsi, şəhər həyatının yaxşılaşdırılması və insanların xidmətlərə çıxış imkanlarının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
“Bu forum daha az imkanlara malik ölkələrin daha inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanması üçün böyük fürsətdir. Burada nəqliyyatın əlçatanlığı, elektrik, su, yol infrastrukturu və digər xidmətlərlə bağlı bir-birimizdən öyrənə bilərik”, – deyə o vurğulayıb.
Azərbaycanın dayanıqlı şəhərsalma üzrə qlobal gündəmdə oynaya biləcəyi roldan danışan qubernator qeyd edib ki, ölkənin bu sahədə böyük potensialı var.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.