AZ

Klara Bruqada: Şəhərlərdə köklü dəyişikliklərə ehtiyac var

BAKI, 17 may. TELEQRAF

“Azərbaycan hökumətinə və BMT-yə təşəkkür edirəm. Bu gün Xəzər dənizi sahilində toplaşmışıq. Şəhərsalma forumu qlobal çoxtərəfli strateji platformadır. Biz buradaşəhərlərin gələcəyini birlikdə qururuq”.

Teleqraf xəbər verir ki, bu fikirləri Mexiko şəhərinin meri Klara Bruqada Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) deyib.

O bildirib ki, şəhər fəaliyyəti sosial-iqtisadi imkanların birlikdə təmin olunmasına xidmət etməlidir:

“Bizim şəhərimizin min ildən artıq tarixi var. 2028-ci ildə forumun 14-cü sessiyasını təşkil edəcəyik. Mesajımız budur ki, birlikdə hərəkət edək. Bələdiyyələr və yerli icmalar yerli perspektivlərdən çıxış etməlidir.
Maliyyə və qlobal iqtisadiyyatla bağlı məsələlərdə təkcə böhranlara deyil, həm də yolların layihələndirilməsi kimi mövzulara diqqət yetirilməlidir. Demoqrafik və sosial bərabərsizlik problemləri də mövcuddur.
Forumun əsas mövzularından biri budur ki, şəhərlərdə köklü dəyişikliklərə ehtiyac var. Şəhərləri elə qurmalıyıq ki, uşaqların, qadınların və inklüzivliyin təmin olunmasına şərait yaradılsın”.

Seçilən
46
teleqraf.com

1Mənbələr