Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasında əldə edilən məlumat və təcrübə yeni şəhərsalma layihələri üçün vacib bir istinad nöqtəsi olacaq. Davamlı mənzil siyasəti və əməkdaşlıq modellərinə həsr olunmuş tədbirlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir.
Publika.az xəbər verir ki, bu fikri Türkiyənin Samsun vilayətindəki Terme bələdiyyəsinin meri Şenol Kul Bakıda keçirilən WUF13-ə yola düşməzdən əvvəl bildirib.
Şenol Kul bildirib ki, WUF13 çərçivəsində BMT ilə dialoq üçün dünyanın hər yerindən merləri, qubernatorları və bələdiyyə nümayəndələrini bir araya gətirən əsas beynəlxalq məşvərət orqanı və siyasət platforması olan Ümumdünya Yerli və Regional Hakimiyyətlər Assambleyasının (WALRG) iclasında iştirak edəcək.
Bundan əlavə, Terme meri Bakı forumu çərçivəsində keçiriləcək dəyirmi masa müzakirəsində öz mövqeyini bildirəcək.