Yeni Şəhərsalma Proqramı son 10 ildə Kanadada şəhər və icmaların inkişafına yanaşmanın daha insan mərkəzli, inteqrasiya olunmuş və inklüziv modelə keçidinə töhfə verib.
Bu fikirləri Kanadanın Mənzil, İnfrastruktur və İcmalar Nazirinin müavini vəzifəsini icra edən Janet Golding Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında səsləndirib.
Janet Golding Azərbaycan tərəfinə forumun təşkilinə və iştirakçılara göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. Bildirib ki, Kanada 2016-cı ildə Yeni Şəhərsalma Proqramının qəbulundan sonra milli mənzil siyasətini bu prinsiplərə uyğunlaşdırmaq istiqamətində mühüm addımlar atıb.
Tarix: 17 May 2026, 11:54