AZ

Konqolu nazir: Bakının şəhərsalma modelindən nümunə götürüləsi çox məqam var

Bakıda şəhərsalma sahəsindəki inkişafdan çox təsirləndik. Düşünürəm ki, bu modeldən götürüləsi çox məqam var. Belə sürətli transformasiya bizi də ilhamlandıracaq.

Bizim.Media xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında Konqonun infrastruktur və ictimai işlər üzrə dövlət naziri Aleksis Gisaro Muvunyi bildirib.

Nazir tədbiri digər ölkələrin, xüsusilə də şəhərsalma sahəsində uğur qazanmış ölkələrin təcrübəsindən faydalanmaq baxımından önəmini qeyd edib:
 

“Bu forumdan gözləntimiz həm də Konqo Demokratik Respublikası haqqında danışmaq, investorları cəlb etmək və Afrikanın da investisiya qoyula biləcək bir məkan, bir qitə olduğunu göstərməkdir.


Ümid edirik ki, istər beynəlxalq tərəfdaşlar, istərsə də özəl sektor investorları ilə Konqo və Afrika barədə danışmaq imkanımız olacaq və onlar da həmin bölgələrə investisiya qoyacaqlar”.

Bizim.Media

Seçilən
0
6
bizim.media

7Mənbələr