AZ

Xəyalın sürpriz arzusu: “Bu, bizə çox kömək olacaq”

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Turan Tovuz” Misli Premyer Liqasının XXXII turunda “Şamaxı”ya uduzub – 2:3.

Matçdan sonra Tovuz təmsilçisinin yarımmüdafiəçisi Xəyal Nəcəfov “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Görüşü şərh edərdin?

– Çətin olacağını bilirdik. “Şamaxı”ya qarşı oyunlarımız hər dəfə çətin keçir. İstər Tovuzda, istərsə də Şamaxıda bu cür olur. Bu dəfə də meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, bunu etmək bizdə alınmadı. Halbuki qalib gəlmək üçün hər şeyi etdik.

– Birinci hissədə oyununuz heç cürə alınmırdı. Bu nə ilə bağlı idi? Avrokuboklara vəsiqəni təmin etmişdiniz deyə, fikriniz dağınıq idi?

– Xeyr, avrokuboklara vəsiqəni təmin etməyimizin buna heç bir təsiri yox idi. Çünki hər oyuna qələbə üçün çıxırıq. Sadəcə rəqib ardıcıl qollarla bizi məyus etdi. Bu da oyunumuza təsir etdi. Üstəlik, hakimin səhvləri də oldu.

– Ümumiyyətlə, meydanda aqressivlik çox idi. Hər iki komanda məqsədinə çatmışdı, nə üçün belə gərgin oyun oldu?

– İddia qalmamışdı deyəndə, avrokuboklara vəsiqəni təmin etmişiksə, bu o demək deyil ki, oynamayacağıq. Aqressiya olmalıdır. Amma bu qədər olacağını gözləmirdik. Çünki 1-2 epizodda hakim səhvi oldu. Qayda pozuntusu var idi, amma fitini səsləndirmirdi. Ona görə də, hər bir futbolçuda aqressivlik yaranırdı.

– Konfrans Liqasında II təsnifatdan başlayacaqsınız. Bu isə hazırlaşmaq üçün daha çox vaxtınızın olması deməkdir. Komanda azından 1-2 mərhələ keçmək potensialındadır?

– Allah qoysa, sürpriz komanda olarıq. İkinci təsnifat mərhələsindən başlamağımız bir tərəfdən də yaxşı oldu. Hər oyuna qələbə üçün çıxacağıq.

– Kurban Berdiyevin də yetərincə avrokubok yaxşı təcrübəsi var. Bu amil sizi nə dərəcə ümidləndirir?

– Kurban Berdiyev çox təcrübəli mütəxəssisdir. O, istər burada, istər əvvəlki klublarında adından söz etdirən məşqçidir. Bu, bizə çox kömək olacaq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
futbolpress.az

2Mənbələr