AZ

"Onun biliyi, çalışqanlığı, futbolçularla dost münasibəti yaratması..." - Vüqar Həsənov "Şəfa"da qalacaqmı?

1-ci Liqanın 26-cı turunda "Cəbrayıl"ı 1:0 hesabı ilə məğlubb edərək sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirən "Şəfa"nın əsas heyət oyunçularından olan Vüqar Həsənovla əlaqə saxlayıb bir neçə suala cavab almağa çalışdıq.

28 yaşlı müdafiəçinin Fanat.Az-ın əməkdaşı ilə söhbətini təqdim edirik:

- "Şəfa" ilə çempionluq sənin üçün deməkdir?
- Burada olmağım və çempionluq sevinci yaşamağım mənə böyük qürur və şərəf hissi verdi, üstəlik, "Şəfa"nı uzun aradan sonra yenidən Premyer Liqaya yüksəlməsində payımın olmasına sevinirəm.

- Gənc mütəxəssis Elgiz Kərəmlinin rəhbərliyi altında liqada cəmi bir məğlubiyyətiniz oldu. Təbii ki, bu çempionluq həm də 34 yaşlı mütəxəssisin özünü sübut etməsi faktıdır. Kərəmlinin iş prinsipini necə xarakterizə edərdin? Onu başqalarından nə fərqləndirir?
- Elgiz müəllimin və digər koməkçi məşqçilərin işi ilə baglı çox xoş söz demək olar. Fikrimcə, onun işinə peşəkar yanaşması, biliyi, çalışqanlıgı, xüsusilə, futbolçularla dost münasibəti yaratması uğur qazanmağımızı şərtləndirən əsas məqamlardan oldu. 

- Səni Premyer Liqada "Şəfa"nın sıralarında görəcəyikmi?
- Bunu gələcək göstərəcək.

- Klub rəhbərliyi Premyer Liqada legionersiz mübarizə aparacağını bildirib. Səncə, komandanız yalnız yerli oyunçularla elitadakı rəqabətə davam gətirə bilərmi?
- Bildiyinuz kimi, hazırda Premyer Liqada legioener limiti yoxdur. Ola bilər ki, çətinlikliklərlə üzləşək. Amma heyəti bir qədər də gücləndirib yalnız yerli futbolçularla da oynamaq, digərləri ilə rəqabət aparmaq olar.

Nihat

Seçilən
4
1
fanat.az

2Mənbələr