AZ

Rossbax: Mənzil əlçatanlığı problemi getdikcə dərinləşir

On il əvvəl qəbul edilən Yeni Şəhər Gündəliyi mənzil və dayanıqlı urbanizasiya sahəsində əsas qlobal çərçivə olaraq qalır. 2026-cı il isə yalnız hesabat deyil, həm də düzəliş və icranın sürətləndirilməsi ili olmalıdır.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax XIII Ümumdünya Şəhərsalma Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu gün təxminən 160 ölkə şəhərsalma siyasəti üzrə çərçivə hazırlayıb:

“Ölkələrin üçdə ikisindən çoxu milli mənzil siyasətləri qəbul edib, burada ən çox diqqət yetirilən məsələ əlçatanlıqdır.

Bununla belə, görülən işlər kifayət deyil. Dünyada bir milyarddan çox insan gecəqondu və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır, mənzil əlçatanlığı problemi isə getdikcə dərinləşir. Evsizlik həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə artan çağırış olaraq qalır. Qeyri-adekvat mənzil şəraiti insanların təhsil, səhiyyə, nəqliyyat və təhlükəsizlik imkanlarına çıxışını məhdudlaşdırmaqla yanaşı, onları iqlim və təbii fəlakət risklərinə daha həssas edir”.

Seçilən
28
10
publika.az

10Mənbələr