AZ

Premyer Liqa: “Neftçi” çempiona, “Zirə” “Sumqayıt”a qarşı

Bakı, 17 may, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək. Hər iki görüş saat 18:00-da başlayacaq.

Avrokuboklara son vəsiqə uğrunda mübarizə aparan 2 komandadan “Neftçi” çempion “Sabah”ın qonağı olacaq, “Zirə” isə “Sumqayıt”ı qəbul edəcək.

Turnir cədvəlində “ağ-qaralar” 53 xalla 4-cü, “Zirə” 50 xalla 5-ci pillədə qərarlaşıb. “Neftçi” bu gün “Sabah”a qalib gəlsə, digər matçdakı nəticədən asılı olmayaraq, UEFA Konfrans Liqasına vəsiqəni təmin edəcək. Yeri gəlmişkən, bu oyundan sonra mükafatlandırma mərasimi təşkil olunacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Karvan-Yevlax”ı 2:1, “Araz-Naxçıvan” “Kəpəz”i 2:0, “Qarabağ” “İmişli”ni 3:0, “Şamaxı” isə “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edib.

Seçilən
69
1
azertag.az

10Mənbələr