AZ

"Sabah" baş məşqçisi ilə yollarını ayırdı

"Sabah" basketbol klubu baş məşqçi Rimas Kurtinaytislə yollarını ayırıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, litvalı məşqçinin müqaviləsi qarşılıqlı razılıq əsasında başa çatıb.

Tərəflər qarşıdakı dövrdə məşqçinin kişilərdən ibarət basketbol üzrə Litva milli komandasındakı fəaliyyətinə daha çox diqqət ayırmaq istəyini nəzərə alaraq, əməkdaşlığın başa çatdırılması barədə qarşılıqlı razılığa gəliblər.

"Sabah" son dörd mövsümdür ki, Azərbaycan Basketbol Liqasının qalibi olur. 

saytlarin hazirlanmasi

Seçilən
12
3
sportal.az

6Mənbələr