AZ

Anaklaudia Rossbax: Nazirlərin görüşü dayanıqlı urbanizasiya üçün mühüm imkandır

Bakı, 17 may, AZƏRTAC

Bugünkü tədbir dayanıqlı urbanizasiya sahəsində qarşıdakı addımları müəyyənləşdirmək üçün mühüm imkandır.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax yeni urbanizasiya gündəliyi mövzusuna həsr olunmuş nazirlər görüşündə bildirib.

O əlavə edib ki, Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşü ilə proqramın icrasının ilk onilliyinə yekun vurulacaq: “Bu nazirlər görüşü icranın ilk onilliyinə yekun vurmaq və əlçatan mənzil məsələsini şəhər transformasiyasının növbəti onilliyinin mərkəzinə çıxarmaq üçün mühüm platformadır”.

Qeyd edək ki, bu gün Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) ilk günü yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşlə başlayıb.

Müxbir – Gülay Nəzərova

Seçilən
104
5
azertag.az

6Mənbələr