AZ

10 illik üçün hədəflərimizi müzakirə edəcəyik Anar Quliyev

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Biz Nazirlər Şurasının iclasında növbəti 10 illik üçün hədəflərimizi müzakirə edəcəyik”.

"Unikal" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev WUF13 çərçivəsində Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşündə deyib.

O bildirib ki, dünyada şəhərlər mənzil çatışmazlığı ilə üzləşirlər:

“Buna görə də beynəlxalq əməkdaşlıq vacibdir. 2016-cı ildə qəbul edilmiş gündəlik barədə uğurları nəzərdən keçirməliyik və növbəti 10 il üçün nələrə nail olacağımızı müzakirə etməliyik. Mənzil təhsil, səhiyyə ilə bağlı məsələdir. Dünyadakı şəhərlərdəki insanlar artıb. Bu da yeni çağırışlar yaradıb. Nazirlər Şurasının görüşü qlobal dialoq baxımından dünyada ən ciddi tədbirlərdən biridir. Biz qarşıdakı 10 illiklərlə bağlı hədəflərimizi müəyyənləşdirəcəyik və bu iclas növbəti ayda BMT-nin əsas görüşünə hazırlıqdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
3
unikal.az

4Mənbələr