“Azərbaycan rəhbərliyinə önəmli nazirlər görüşünə və ümumilikdə forumun təşkilinə görə təşəkkür edirəm”.
Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşdə deyib.
“2026-cı il islahedici tədbirlər baxımından önəmlidir və bir sıra suallara cavab tapmaq üçün imkandır. Bu illər ərzində irəliləyiş də qeydə alınıb. Ölkələrin üçdə ikisi milli siyasətlərini qəbul ediblər”, - deyə Rossbax vurğulayıb.
Onun sözlərinə görə, mənzil sahəsində inkişaf etməkdə olan ölkələrdə evsizlik əsas problemdir. O burada daşqın və quraqlıq kimi iqlim məsələlərinin də rol oynadığını bildirib.
“Bu iclas birinci onillik ərzində fəaliyyətləti təhlil etmək üçün əla fürsətdir”, - icraçı katib əlavə edib.