AZ

"Bugünkü müzakirələr 2036-cı il üçün ortaq baxışımızın formalaşmasına kömək edəcək"-

Bugünkü milli bəyanatlar və tematik panellər çərçivəsində aparılan müzakirələr 2036-cı il üçün ortaq baxışımızın formalaşmasına mühüm töhfə verəcək. Mətbuat.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında çıxışı zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib. "Bu gün keçirilən görüşün yekunu həm həmin proses, həm də Yeni Şəhər Gündəliyinin aralıq qiymətləndirilməsi baxımından əhəmiyyətli rol oynayacaq.Lakin hesabat və bəyanatlardan daha vacib olan məsələ onların real icrasıdır. Gəlin Bakıda yaranmış bu imkanı yalnız fikir mübadiləsi aparmaq üçün deyil, eyni zamanda daha güclü tərəfdaşlıqların qurulmasına, daha dayanıqlı institutların formalaşdırılmasına və dünyanın hər yerində insanlar üçün daha effektiv nəticələrin əldə olunmasına sadiqliyimizi bir daha nümayiş etdirmək üçün istifadə edək".

Gülbəniz Hüseynli /Mətbuat.az

Seçilən
20
1
metbuat.az

2Mənbələr