AZ

Saqqızın gözlənilməz zərərləri

Saqqız xroniki baş ağrılarının yaranmasına səbəb ola bilər. Onu yalnız yeməkdən sonra və 10–15 dəqiqədən çox olmayan müddət ərzində istifadə etmək olar.

Aznews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə uşaq stomatoloqu Yekaterina Şaula bildirib.

Onun sözlərinə görə, qida qəbulu zamanı tüpürcək vəziləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Belə ki, tüpürcək bir neçə qoruyucu funksiyanı yerinə yetirir: qida qalıqlarının mexaniki şəkildə yuyulub aparılması və kariyesə səbəb olan turşuların təsirinin kimyəvi olaraq zəiflədilməsi bunlara daxildir. Həkim qeyd edib ki, bu mexanizm yalnız şəkərsiz məhsullardan istifadə olunduqda effektiv işləyir.

“Müalicə baxımından əsas əks-göstəriş çənə-çənəaltı oynağının funksional pozuntusudur: əgər ağız açılarkən xışıltı və ya ağrı hiss edirsinizsə, oynağa əlavə yük məhdudlaşdırılmalıdır”,- deyə mütəxəssis tövsiyə edib.

Seçilən
20
1
aznews.az

3Mənbələr