AZ

Çelsi rəhbərliyi Alonsoya xüsusi imtiyaz verdi Təyinat reallaşır

ain.az, Fanat portalına istinadən məlumat verir.

"Çelsi"nin baş məşqçi postunu tutacağı gözlənilən Xabi Alonsoya xüsusi imtiyaz veriləcək.

Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Romano tərəflərin apardığı danışıqların uğurla davam etdiyini və 44 yaşlı mütəxəssisin London təmsilçisi ilə münasibətləri rəsmiləşdirməyə çox yaxın olduğunu bildirib. Mənbə Alonsonun "Çelsi"də işlədiyi dönəmdə klubun transfer siyasətinə qarışacağını və bu yöndə əsas söz sahibi olacağını da vurğulayıb. 

Xatırladaq ki, Alonso cari mövsümün ortalarında "Real Madrid"in baş məşqçi postundan istefaya göndərilib.

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
fanat.az

2Mənbələr