AZ

Sumqayıt üçün formal, Zirə üçün vacib oyun

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 32-ci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma eyni vaxtda start götürəcək.

"Zirə" "doğma divarlar" arasında "Sumqayıt"la üz-üzə gəlir. "Kimyaçılar" üçün bu görüşün heç bir əhəmiyyəti yoxdu. Saşa İliçin komandası Zirədən 3 xalla qayıdacağı təqdirdə ən yaxşı halda turnir cədvəlində "Araz-Naxçıvan"ı ötərək 6-cı pilləyə yüksələcək. Qonaqlardan fərqli, hələ də avrokuboka yollanmaq şansı qalan meydan sahibləri üçün isə çox vacib matçdır. Rəşad Sadıqovun "qartallar"ının nəzəri cəhətdən qitəmiqyaslı turnirə vəsiqə qazanmaq şansı var və bundan maksimum yararlanmağa çalışacaqlar.

Qeyd edək ki, oyunun start fiti saat 18:00-da səslənəcək.

Misli Premyer Liqası

III dövrə, XXXII tur

18:00. "Zirə" - "Sumqayıt"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran ƏliyevVAR: İnqilab MəmmədovAVAR: Zöhrab AbbasovHakim-inspektor: Zöhrab QədiyevAFFA nümayəndəsi: Rüfət ƏmirovZirə. İdman Kompleksinin stadionu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
sport24.az

1Mənbələr