AZ

Avropa çempionatında bir gündə 5 medal

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U17 Avropa çempionatı sona yaxınlaşır.

Publika.az xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq-da medalçılar müəyyənləşib. Millimizin 5 üzvü fəxri kürsüyə qalxıb.

Hüseyn Rzazadə (48 kq) finalda ukraynalı Volodimir Boykoya heç bir şans tanımayıb. Rəqibinə vaxtından əvvəl (12:0) qalib gələrək Avropa çempionu olub.

Abbas Şəfiyev (55 kq) macarıstanlı Kiril Şumeykonu 13:7 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.

Rəşid Nazarov (65 kq) finalda rusiyalı Maksim Monquşa (2:14) məğlub olub və gümüş medalla kifayətlənib.

Seçilən
1
2
publika.az

8Mənbələr